Salyan rayonunda üç ov tüfəngi polisə təhvil verilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Salyan rayonunun Seyidsadıqlı kənd sakinləri Xudayar Kazımov, Cavanşir Əsədov və Nizami Kazımov 3 ədəd "İJ-16 markalı ov tüfəngini könüllü olaraq rayon polis şöbəsinə təhvil veriblər.