Adanada dəhşətli hadisə baş verib. Şəhərin Yürəyir bölgəsində 45 yaşlı kişi 8 yaşlı qıza binanın zirzəmisində təcavüz etməyə cəhd edib.

Unikal.org xəbər verir ki, 8 yaşlı M.M.G adlı azyşalı qız rəfiqələri ilə oynayarkən binaya girib. Bu zaman 45 yaşlı qonşusu M.A.Ö onun arxasınca binaya daxil olaraq zirzəmiyə aparıb. Qonşu azyaşlını oradaca zorlamaq istəyib. Təcavüzkarın uşaqlarla oynayan azyaşlı oğlu  bunu görüb və qışqırmağa başlayıb. Bundan istifadə edən 8 yaşlı qız təcavüzkarın əlindən qaçmağı bacarıb.

Uşaq hadisə ilə bağlı valideynlərinə məlumat verib. Eşitdiklərindən dəhşətə gələn ailə polisə məlumat verib. Şübhəli polislər tərəfindən saxlanılıb. Məhəllə sakinləri isə onun evini daş-qalaq ediblər.

Təcavüzkar çıxarıldığı məhkəmədən sonra həbs edilib.