Pakistanda 13-cü prezident seçkiləri yekunlaşıb. 

Unikal.org-un məlumatına görə, seçkilərdə Arif Alvi səs çoxluğu ilə ölkənin yeni prezidenti seçilib.

Xatırladaq ki, ölkə prezidentliyinə namizədliyini 3 nəfər irəli sürüb.

Pakistanın hazırki prezidenti Məmnun Hüseyn ikinci müddətə prezident seçilmək üçün namizədliyini verməkdən imtina edib.