ATƏT-in baş katibi Tomas Qreminger və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Yerevanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.

Unikal.org "İnterfaks"a istinadən xəbər verir ki, görüş zamanı T.Qreminger ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Eyni zamanda T.Qreminger və Z.Mnatsakanyan Ermənistanın daxili siyasi vəziyyətini də müzakirə ediblər.