Bakıda iki gün əvvəl avtomobilin vurduğu 28 yaşlı piyada xəstəxanada ölüb.

Unikal.org-un report-a istinadən məlumatına görə,1990-cı il təvəllüdlü Babək Novruz oğlu Dadaşov sentyabrın 2-də Binəqədi rayonunda,Novxanı-Binəqədi yolunda naməlum sürücü tərəfindən avtomobillə vurulub.

Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Komaya düşən yaralı bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.