Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un  report-a  istinadən məlumatına görə, rayonun 1988-ci il təvəllüdlü Şıxsalahlı kənd sakini Paşayev Xəyal İmran oğlu sözügedən kənddə yolukeçərkən onu maşın vurub.

Ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.