Kriminal aləmdə "Paşa adı ilə tanınan azərbaycanlı "qanuni oğru Pərviz Sabirabadlı 2 gün öncə həbsdən çıxıb.

Unikal.org Minval.info-ya istinadən xəbər verir ki, ümumilikdə 18 il həbs həyatı yaşayan Pərvizin "Paşa kimi çağrılmasının səbəbi həmyerlisi, "qanuni oğru, kriminal aləmdə böyük hörmət sahibi olmuş Hikmətlə bağlıdır. Belə ki, Hikmət ona Pərviz yox, "Paşa deyirmiş. Beləcə hər kəs onu "Paşa deyərək çağırmaya başlayır. Pərvizi Hikmətin davamçısı kimi də tanıyırlar.

Rusiyada yaşayan və orada da məhkum olan Pərvizi həbsxana çıxışında dostları, yaxınları qarşılayıb. Pərviz həm də "qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınıb.