"Yaponiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq birliyin mövqeyini dəstəkləyir".

Unikal.org-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yaponiyalı həmkarı Taro Kono ilə görüşün nəticələrinə dair keçirilən brifinqdə bildirib.

"Biz Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə müzakirə apardıq. Deyə bilərəm ki, Yaponiya Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin mövqeyini dəstəkləyir,- nazir deyib.