Mersində Zəhra Aslan adlı qadın övladını xəstəxanın önündə avtomibdə dünyaya gətirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hüseyn Aslan doğuş sancıları başlayan həyat yoldaşı 19 yaşlı Zəhra Aslanı Tarsus Dövlət Xəstəxanasına aparıb. Bu zaman cütlüyün yanında bir qohumları da olub. Ailə xəstəxana önünə gəlib çatsa da qadın uşağını avtomobildədünyaya gətirib. Daha sonra çölə çıxantibb bacıları yeni doğulan körpəni xəstəxanaya aparıb.

Tibbbacııları hadisəni lentə alan vətəndaşlara da sərt reaksiya verib.