Bodrumda istintaqçı olaraqçalışan polis məmuru Sadık Abrek, nişanlısı iləmübahisə etdikdən sonra, ürəyindən atəş açaraq intihar edib.

Unikal.org haberler-ə istinadən xəbər verir ki, məsləkdaşlarının həyatını xilas etməyə çalışan polislər təxminən 25 dəqiqə təcili yardım gözləyiblər.

Tibb işçilərinin gəlib çıxmadıqlarını görən polislər, iş yoldaşlarını polis maşını ilə yüksək sürətlə xəstəxanaya çatdırıblar.Döş qəfəsindən aldığı güllə yarası səbəbindən çoxlu qan itirən Abrek dərhal əməliyyata götürülüb. 6 saatlıq əməliyyat da polis əməkdaşının həyatını xilas etməyə yetərli olmayıb.