Tovuz rayonunda 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  rayonun Yuxarı Öysüzlü kənd sakini, 1971-ci il təvəllüdlü Aqil Tofiq oğlu Məmmədovun üzərinə avtomobil düşüb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.