Hindistan Konstitusiya Məhkəməsi qərarda dəyişiklik edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra ölkədə homoseksuallıq cinayət hesab edilməyəcək.
Konstitusiya Məhkəməsi Hindistan Cinayət Məcəlləsinin 377-ci maddəsi ilə bağlı qanunu pozub və 10 illik həbs cəzasını ləğv edib.
Qeyd edək ki, homoseksuallığın cinayət sayılması 157 illik müstəmləkə dövründən qalmışdı.