Ukraynada qadınların orduda xidmət keçməsinə icazə verilib.

Unikal.org UNİAN-a istinadən xəbər verir ki, Ali Rada Ukrayna Silahlı Qüvvələrində qadınların kişilərlə bərabərliyini təsbit edən qanun layihəsini təsdiqləyib.

Qanuna əsasən, Ukraynada qadınlarmüqavilə əsasında Silahlı Qüvvələrdəxidmət keçə, orduya çağırıla, habelə ehtiyatda qulluq edə biləcəklər.

İstisnalar yalnız anaların və uşaqların hüquqlarını qoruyan mövcud qanunların nəzərdə tutduğu hallara şamil edilir.

Qanun dərc edildikdən on gün sonra qüvvəyə minəcək.