Fici adaları sahillərində, Sakit okeanda 8,1 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ yerli vaxtla 03:49-da baş verib.
Qeyd olunur ki, zəlzələ ocağının dərinliyi 670 kilometr olub. Dağıntılar və ölənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.