Beyləqan rayonunda evdən 6600 manat oğurlanıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon ərazisindəki evlərin birindən 6600 manat oğurlamaqda şübhəli bilinən Mil qəsəbə sakini Lalə İsmayılova saxlanılıb.