Ermənistan ordusundan tərxis olunan təqaüdçü zabitlərin bir qrupu hökumət binası qarşısında etiraz aksiyası keçirib. 

Unikal.org  Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.

Aksiya iştirakçıları deyiblər ki, mənzil problemi ilə üzləşiblər. 

Lakin rəsmi qurumlardan onları mənzillə təmin etmək üçün büdcədə vəsaitin olmadığı bildirilib.