Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar olaraq Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərə qarşı reydlərə başlayıb.
Su Nəqliyyatında Polis İdarəsindən Unikal.org-a verilən məlumata görə, qanunu pozanlara qarşı Azərbaycan Respublikasının (AR) Cinayət Məcəlləsi (CM) ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq. Su Polisi vətəndaşları əhalini xəbərdarlıq edir və AR-nın qanunlarına riayət etməyə səsləyir.
Qeyd edək ki, bu gündən start götürən reydlər bir ay müddətinə davam edəcək. Açıqlamada o da bildirilir ki, cari il müddətində balıq ovu ilə əlaqədar bəzi qanun pozuntularına rast gəlinib. Belə ki, il ərzində qanunsuz balıq ovu ilə əlaqədar olaraq 96-cı (AR CM-nin 256-cı) maddəsi ilə cinayət işi açılıb və 9 ton 599 kq qanunsuz balıq tutularaq müsadirə edilib.
Qırmızı kitaba düşmüş quşların qanunsuz ovu ilə bağlı 3 fakt aşkarlanıb.