Bakı metrosunda biabırçı hadisə baş verib.

Unikal.org Baku.ws-ə istinadən xəbər veri ki, metronun "Nərimanov stansiyasında sərxoş kişi gənc qadınlara sataşır.

Hadisənin görüntüləri yayılıb. Videodan da göründüyü kimi yaşlı kişi platformada sərxoş halda gəzir. O, gənc xanımlara sataşır.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

"Bu məsələ bir neçə gün bundan əvvəl olub. Polis həmin şəxsi saxlayıb. Araşdırma aparılır. Belə hadisə ilə rast gələndə mütləq polisə və ya metropoliten əməkdaşlarına xəbər vermək lazımdır, - deyə Bəxtiyar Məmmədov bildirib.