Hollandiyada evlərini sataraq velosipedlə dünya turuna çıxan cütlük Türkiyənin Bursa şəhərinə gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollandiyadan yola çıxan Murskate ailəsi 4 min 200 kilometr yol qət edərək Bursaya çatıb. İznikin Boyalıca məhəlləsində səyahətlərinə fasilə verən cütlüyə bir bağça sahibi meyvə verib. Cütlük türk xalqının qonaqpərvər olduğunu bildirib.

Velosipedlə səyahətə çıxan cütlük Belçika, Fransa, Almaniya, Avstriya, İtaliya, Slovakiya, Xorvatiya, Serbiya,Bolqarıstan və Yunanıstan keçərək Türkiyəyə gələn hollandlar Gürstan, Azərbaycan, İndoneziya, Kamboca, Nepal və Avstraliya kimi ölkələri gəzmək niyyətindədirlər.