Mingəçevir su anbarında 9 gün əvvəl batan şəxsin meyiti tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 29-da Mingəçevir su anbarında batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun axtarışları başa çatıb.
K.Hüseynovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, avqustun 29-da başlanan axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin "BE 200 ÇS amfibiya təyyarəsi, "Mi-17-1V" helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunmuşdu.