Türkiyənin Muğla əyalətində "Dalaman hava limanına eniş edən təyyarədəki sərnişinlərdən birinin çantasından piton çıxıb.

Unikal.org xəbər verir ki, təhlükəsizlik işçiləri sərnişinlərin yüklərini yoxlayarkən "Ball cinsindən olan piton aşkarlanıb.Dərhal milli park nümayəndəliyinə məlumat verilib. İlanı internet üzərindən aldığını iddia edən sərnişinə "Ovçuluq qanununa uyğun olaraq pul cəzası kəsilib.