Ötən gün günorta saatlarında Bakı şəhərində qadın əri tərəfindən bıçaqlanıb.
Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətləri alıb.
Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Aydan Hətəmova dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağır olan qadın hazırda reanimasiyadadır.
"Hazırda Aydan Hətəmovanın vəziyyəti orta-ağırdır. Sabah xəstəni palataya yerləşdirəcəyik, - deyə xəstəxanadan məlumat verilib.
Məsələ ilə əlaqədar Nəsimi rayon Prokurorluğdan bildiriblər ki, həyat yoldaşını bıçaqlayan 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.
Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Rəhman Cəfərov həyat yoldaşı Aydan Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb. Qeyd edək ki, cütlüyün 2 uşağı var. İkinci övladın bu günlərdə yenicə 40-ı çıxıb. Oğlan işsiz olub.
Faktla bağlı araşdırma aparılır.