Sumqayıt şəhər sakinindən silah-sursat götürüb.

Unikal.org xəbər verir ki, bu barədəDaxili İşlər Nazirliyiməlumat yayıb.

Belə ki, daxil olan məlumat əsasında Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ-BM markalı nömrəsi silinmiş tüfəng və 1 ədəd patron götürülüb.

Anoloji hadisəLənkəran rayonunda da qeydə alınıb.Əldə edilən əməliyyat məlumatı əsasında Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Cil kənd sakini Tarıverdi Məmmədovdan 1 ədəd "TOZ-66 markalı tüfəng, 1 ədəd patron, 5 ədəd boş giliz və 1 ədəd patron yığmaq üçün kəmər götürülüb.