Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 700 manat oğurlanıb.

16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.