Lənkəran sakinlərindən silah götürülüb.
DİN-dən Unikal.org-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Cil kənd sakinləri - İmran Abdullayevin, Şirvan Əkbərovun və Elmin Rzayevin evlərinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16, "İJ-58 və "İJ-18 markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.