Gürcüstanın Batumi şəhərində təxminən 30 yaşlı kişi "Əli və Nino abidəsinin üstünə çıxıb.
Unikal.org report-a istinadən xəbər verir ki, həmin şəxs bir müddət abidənin üstündə oturub.
Hadisə yerinə gələn xilasedicilər onu abidənin üstündən düşürməyə çalışıblar. Lakin həmin şəxs köməkdən imtina edərək, özü aşağı enib.
Yerli mətbuatın məlumatına görə, həmin şəxs Konstantin Ediberidzedir. Ediberidze həyətində çətənə yetişdirdiyinə görə polis onunla bağlı araşdırma aparıb.