Lerikdə 70 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Mastail kəndində baş verib.
Yaxınlarının deməsinə görə Xudayar Ağaxan oğlu İbrahimov həyətindəki ağacından qoz dərmək istəyən zaman ehtiyatsızlıq edib. Nəticədə yüksəklikdən yerə yıxılıb. Yaxınlarının ilkin yardımından sonra A.İbrahimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Diaqnostik müayinələrdən sonra ona döş qəfəsinin qapalı travması, aşağı ətraflarda sınıqlar diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 70 yaşlı A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.