Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Jiquli" markalı avtomobilin yolun kənarındakı dirəyə çırpılması nəticəsində 1978-ci il təvəllüdlü Məmmədova Ülviyyə Səmidxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.