ARB TV-nin "Səhər-Səhər verlişinin növbəti qonağı mərhum reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva olub.
Unikal.org xəbər verir ki, həyat yoldaşının ölümündən və keçmiş həyatından bəhs edərkən göz yaşlarına boğulan Anjelika, "Səhər-Səhər kollektivinin Anar Nağılbazla bağlı hazırladığı reportajı izlədikdən sonra bəzi açıqlamalar verib.
Daha sonra proqrama qonaq olan reper Ramil Nabran və müğənni Cəmilə də Anjelikanın verdiyi açıqlamalardan sonra göz yaşlarını saxlaya bilməyiblər.