Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə rayonun Salyan yolu küçəsində qeydə alınıb.

Belə ki, sentyabrın 10-da saat 7 radələrində Qaradağ rayonunun Salyan yolu küçəsində Şəmkir rayon sakini İsgəndər Məmmədov idarə etdiyi "Mercedes markalı dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən Füzuli rayon sakini Mahir Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş istintaq və təhqiqat idarəsi tərəfindən araşdırma aparılır.