İngiltərədə 30 yaşlı qadın evinin qarşısında hücuma məruz qalıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, uşaqları ilə birlikdə yaşayan Gemma Koper yolda dəhşət yaşayıb.

Qadının tanımadığı bir gənc qadını divara sıxıb boğazından tutub. O daha sonra qadının yüzüne üzünə ard-arda yumruqlar vurub.

Üç uşaq anası olan qadın onu yumruqlayan şəxsi dayandırmağa çalışsa da cəhdləri boşa çıxıb. Hücum edənin yanında iki gənc də olub.

Xəstəxanaya aparılan qadının nənəsi Moira Such hücumun şənbə günü saat 07:15 radələrində baş verdiyini deyib.

Qadının oğlu hadisəni pəncərədən görüb. İndi uşaqlar analarının nənəsi ilə qalır.

Hadisə təhlükəsizlik kamerasına yansıyıb.