Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş olacaq.

Unikal.org xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan bu gün keçirilən mətbuat konfransında söyləyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək üçün Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşəcək. Elmar Məmmədyarov Zohrab Mnatsakanyanla bu görüşün keçirilməsini Brüsseldə qərarlaşdırdıqlarını söyləyib.

Görüşün yaxın vaxtlarda baş tutacağı ehtimal edilir.