"Nar sosial media vasitəsilə öz abunəçilərinə müştəri xidmətləri göstərən ən böyük yerli telekommunikasiya şirkətlərindən biridir. Belə ki, mobil operatorun abunəçiləri sosial şəbəkələrdən istifadə etməklə bir çox xidmətlərdən (tarifin dəyişilməsi, internet paketin artırılması, yeni xidmətlərə abunə olma və ya abunəliyin dayandırılması, nömrələr üzərində əməliyyat, gələn zənglər və mesajlar haqqında ətraflı məlumat, telefon, ruter və digər cihazların ayarlarının sazlanması, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlana bilirlər.
Unikal.org xəbər verir ki, sorğuların 25%-i ilk dəqiqədə, qalan müraciətlərin 83%-i isə ilk 10 dəqiqə ərzində cavablandırılır. "Nar abunəçiləri "Facebook, "Twitter və "Instagram, eyni zamanda, elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlayır və qısa müddətdə cavab alırlar. Ümumi müraciətlərin 81%-i "Nar-ın "Facebook səhifəsinə gəlir.
Abunəçilər, bir qayda olaraq, hər hansı bir sual yarandıqda çağrı mərkəzinə müraciət edirlər. Lakin "Nar abunəçilərinə alternativ olaraq mobil operatorun sosial media səhifələrində də yüksəkkeyfiyyətli xidmət göstərilir. İstifadəçiləri maraqlandıran suallar qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavablandırılır. Abunəçilər vaxtlarına qənaət edərək istənilən zaman və məkanda "Nar məhsul və xidmətlərinə dair sorğularına ətraflı cavab ala bilirlər. Bunun üçün onlayn müştəri xidmətinə müraciət etmək yetərlidir.
Qeyd edək ki, rominqdə olan abunəçilər də "Nar-ın bu unikal fürsətindən faydalanırlar. "Nar öz abunəçilərinin ünvanladığı müraciətləri operativ şəkildə cavablandırmağa davam edir.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
"Azerfon şirkəti ("Nar ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan artıq abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.