Tərtər rayonunun Hacallı kəndində 2 otaqlı evdə yanğın baş verib

Unikal.org-un məlumatına görə, ümumi sahəsi 81 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.

Evin qalan hissəsiyanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.