Kürdəmir rayonundagüllələnmə hadisəsi baş verib.
Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərinAşıq Şakir küçəsi, ev 9 ünvanında qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini, 44 yaşlı Şahin Məmmədbağır oğluKərimovailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı Qumru Tofiq qızıSalayevanı ov tüfəngi ilə vurub. YaralıKürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib vəəməliyyata alınıb. Q.Salayevanınvəziyyəti ağır olaraq qiymətləndirilir.
Ş.Kərimov könülü şəkildə polisə təslim olub.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.