Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Nəsimi rayon Polis idarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Azər Bağırovdan "Beretta-8000 markalı tapança və 19 ədəd patron götürülüb.