Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi Şurasının növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclası giriş sözü ilə açan universitetin rektoru, Millət Vəkili, professor Eldar Quliyev ilk öncə yeni dərs ilinin başlanması münasibətilə öz təbriklərini çatdırdı. O, "Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışdı. E. Quliyev Azərbaycanda son illərdə tələbə qəbulunda keyfiyyət göstəricilərinin də kifayət qədər yüksəldiyini vurğuladı. Bildirdi ki, bütün bunlar ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının məntiqi nəticəsidir".

Sonra Elmi şuranın iclası gündəlikdə duran məsələlər üzrə davam etdirildi. İclasda universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Elmi işlər üzrə prorektor Bəyalı Ataşov və doktorantura və magistratura şöbəsinin müdiri Elsəvər Kərimov çıxış etdilər.

Sonda rektor E.Quliyev yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq müvafiq göstəriş və tapşırıqlarını verdi.