Xəbər verdiyimiz kimi, dünən axşam "İrşad Telekom MMC-nin rəhbəri Hacıyev İrad Ağahüseyn oğlu dünyasını dəyişib.

Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, "İrşad Electronics şirkətinin təsisçilərindən biri olan Hacıyev İrad Ağahüseyn oğlu qəflətən ürək çatışmamazlığından dünyasını dəyişib. O, evində olarkən hadisə baş verib.

Allah rəhmət etsin!

Qeyd edək ki, şirkət rəhbərinin naməlum şəraitdə dünyasını dəyişdiyi və intihar etdiyi iddia olunurdu.