Ağcabədinin Yeni Qaradolaq kəndində it döyüşü keçirilib. Döyüş qurdbasar adlı it cinsləri arasında keçirilib.
Unikal.org-un əldə etdiyi videodan da görünür ki, təqribən 6-7 dəqiqə davam edən döyüşdə itlər arasında amansız mübarizə gedib.
Diqqət çəkən məqamlardan biri isə döyüşdən kənar qaçmaq istəyən itin təpik vurularaq "döyüş yerinə qaytarılması olub.
Sonda hər iki it qan içində qalıb.
Qeyd edək ki, it boğuşdurma, xoruz döyüşdürmə Azərbaycanda qədim zamanlarda da mövcud olub. İspanlarda öküzlə insanın döyüşü - korrida olduğu kimi, bizdə də bu azart milli köklərimizdən gəlir.
Lakin hazırda Azərbaycanda it və xoruz döyüşləri rəsmi olaraq yasaqlanıb.