2 həftəyə yaxındır ki, Güney və Quzey Azərbaycanda "Səni deyirlər mahnısını hitə çevirən Haniyə adlı qızdan xəbər var.

Unikal.org Ölkə.Az-a istinadən xəbər verir ki, onun "Səni deyirləri oynadığı videosundan sonra həbs xəbəri yayılsa da, təsdiqini tapmayıb. Məlum olub ki, xanım azadlıqdadır və sosial şəbəkələrdə hər gün fotolarını paylaşır.

Xatırladaq ki, İran İslam Respublikasında qadınların baş örtüyü olmadan gəzməsinə icazə verilmir. Haniyənin rəqsində isə örtüyü açılır və xanım onu bağlamır. Bu səbəbdən də onun İran polisi tərəfindən saxlanıldığı bildirilmişdi.