Sosial şəbəkələrdə Azərbaycanda siqaret çəkən azyaşlının görüntüləri yayılıb.

Unikal.org xəbər verir ki, siqaret çəkən 6-7 yaşlarında olan uşağı həmyaşıdı videoya çəkib. Videonu çəkən azyaşlının Fərhad deyə çağırdığı dostunun görüntülərini atasına göstərəcəyini bildirir. Görüntüdə uşaqların yanında böyüklərin olduğu aydın şəkildə kameraya düşüb. Onların azyaşlılara irad bildirməməsi isə təəccüb doğurub.

Famil Fərhadoğlu