Sumqayıt şəhərində içi sərnişinlə dolu avtobus qəza törədib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu "Kamaz" markalı yük maşını toqquşub.
Nəticədə avtobusda olan şərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.