Son 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması halları 3 dəfəyədək azalıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, 2000-ci ildə Azərbaycanda 2940 uşaq ailədə sayca beşinci və daha sonrakı uşaq kimi doğulub.

2010-cu ildə belə uşaqların sayı 702, 2005-ci ildə 1285, 2010-cu ildə 702, 2011-ci ildə 643 olub.

Sonrakı illərdə ailədə beşinci və daha sonrakı uşaq kimi doğulan körpələrin sayının nisbətən artmasına baxmayaraq, bu say yenə də əvvəlki həddə çata bilməyib.

Beləliklə, 2015-ci ildə 1108, 2016-cı ildə 1019, 2017-ci ildə 946 uşaq ailənin sayca beşinci və daha sonrakı uşağı kimi dünyaya göz açıb.
Son illər ərzində ailədə dördüncü uşağın dünyaya gətirilməsi halları bir qədər çoxalsa da, ümumilikdə son 17 il ərzində dördüncü uşağın doğulması halları da azalıb.

2000-ci ildə 6149 uşaq ailənin dördüncü uşağı kimi dünyaya gətirilib. 2005-ci ildə belə uşaqların sayı 3866, 2010-ci ildə 3018, 2011-ci ildə 3130, 2012-ci ildə 3625, 2013-cü ildə 3827, 2014-cü ildə 4509, 2015-ci ildə 4404, 2016-cı ildə 4346, 2017-ci ildə 4053 olub.