Ağstafada iki nəfər maskalı şəxsin evə hücumunun təfərrüatı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, gecə saatlarında Ağstafa rayon sakini Azər Mustafayevə məxsus evə iki nəfər maskalı şəxs hücum edib. Onlardan birində "Kalaşnikov" avtomatı olub. A.Mustafayev pul tələb edən şəxslərdən birinə müqavimət göstərərək onunla əlbəyaxa olub. Bu zaman silahdan iki dəfə atəş açılıb. Güllələrdən biri zərərçəkənin sağ qolunu sıyırıb keçib. Digəri isə evin tavanına dəyib. Bundan sonra ev sahibinin oğlu 29 yaşlı Əmirxan Mustafayev də hücum edən şəxsi zərərsizləşdirmək üçün mübarizəyə qoşulub. Bu zaman silahın qundağı onun başına dəydiyi üçün baş nahiyəsindən xəsarət alıb. Mübarizədən qalib ayrılan ata və oğlu silahlı şəxsi - Ağstafa rayon sakini, 56 yaşlı Ceyhun Novruzovu yerə yıxaraq iplə əllərini bağlayıblar. Daha sonra isə hadisə yerinə gələn polis əməkdaşlarına təhvil veriblər.

Ev sahibinin bildirdiyinə görə, hadisəni törədənlər iki nəfər olub, daha bir nəfər (sürücü) isə həyətdə gözləyirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:58

Ağstafada iki nəfər maskalı şəxs rayon sakini Əmirxan Mustafayevin evinə hücum edib.

Unikal.org report-a istinadən xəbər verir ki, ev sahibini avtomat silahla hədələyən şəxslər havaya atəş açaraq ondan pul tələb ediblər.

Ə.Mustafayev maskalı şəxslərlə əlbəyaxa olub, nəticədə onlardan birini tutub və polisə təhvil verib.

Digər şəxs isə hadisə yerindən qaçıb.

Araşdırma zamanı ev sahibinin zərərizləşdirdiyi şəxsin 1962-ci il təvəllüdlü Ceyhun Novruzov olduğu məlum olub.

Qaçan digər maskalı şəxsin axtarışları davam etdirilir.