Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.

Bu barədə Unikal.org-a BDU-dan məlumat verilib.

Hadisə zamanı, ümumilikdə, 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu boğulub. Digər iki nəfər isə xilas edilib.

14:01

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.

Onların meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Məlum olub ki, hər iki şəxs bu il Sumqayıt Dövlət Universitetinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.