Bakıda mənzildə kişi meyiti tapılıb.
FHN-dən Unikal.org-a verilən məlumata görə, Nizami rayonunda 1960-cı il təvəllüdlü Strotryeviç Konstantin Ladmiroviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı hərəkətsiz vəziyyətdə aşkar ediblər. İlkin müayinə zamanı K.Strotryeviçin vəfat etdiyi müəyyən olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.-‹