"Vaqon" ləqəbli məşhur rusiyalı qanuni oğru Vladimir Vaqin Permdə yerləşən 10 nömrəli həbsxanada intihar edib.
Unikal.org xəbər verir ki, məlumatı "Praym Kraym" saytı yayıb. 54 yaşlı qanuni oğrunun cəsədi gecə 23:00-da öz kamerasında tapılıb.
Qeyd edək ki, Vaqin 1995-ci ildə qanuni oğru statusunu alıb. O, Vasili Xristoforov (Voskres) və Yuri Piçuqin (Piçuqa) kimi rus mafiyasının slavyan klanı arasında ən nüfuzlu şəxs olub. 2013-cü ildə ABŞ onun adını rus qanuni oğrularını birləşdirən "Qardaş dairəsi" (təşkilata adı ABŞ verib - red.) cinayətkar təşkilatının tərkibinə daxil edib.
Vaqin sonuncu dəfə 2016-cı ildə həbs edilib.