Şəki şəhərində 70 yaşlı kişi laqonda ilə özünə xəsarət yetirib.
Unikal.org report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Şəki şəhəri, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında yaşayan 1948-ci il təvəllüdlü Rəsul Mahmud oğlu Məmmədov sol ayağın baldır nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan "Reporta bildirilib ki, müayinə zamanı R.Məmmədovun yaşadığı ünvanda laqonda ilə iş görən zaman ayağını kəsdiyi məlum olub. Yaralıya lazımi tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti il evə buraxılıb.