Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Bu barədə Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev məlumat verib.

"Sentyabrın 23-də saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb", - deyə o bildirib.

Dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

12:11

Bakıda vulkan püskürüb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

Vulkan səhər saatlarında baş verib və hazərda püskürməkdə davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər.