Azərbaycan və Qazaxıstan İpək yolunun canlanmasında mühüm rol oynayır.
Unikal.org bildirir ki, bu fikri Astanada keçirilən IX İqtisadi Forumda iştirak edən amerikalı Nobel mükafatçısı Edvard Preskot Forumun media tərəfdaşı olan AZƏRTAC-a müsahibəsində deyib.
Alim İpək yolunun əsrlər boyu təcrübə mübadiləsinə stimul verdiyini, sülhün və dialoqun möhkəmlənməsinə imkan yaratdığını vurğulayıb, onun nəqliyyat-logistika infrastrukturunun inkişafına təkan verəcəyini qeyd edib. O bildirib ki, İpək yolu üzərində yerləşən ölkələr, o cümlədən Azərbaycanın və Qazaxıstanın enerji marşrutlarını şaxələndirməsi çox təqdirəlayiqdir. Bu, iqtisadiyyatın dayanıqlığını artırır, həmçinin regionda və Avropada enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu baxımdan, Azərbaycanın bir sıra layihələrdə təşəbbüsü ələ alması xeyli cəlbedici görünür. Bu, yaxın gələcəkdə müsbət təsirini daha çox göstərəcək.